SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycanda yeni vəkillərin cəmi 10 faizi bölgələrdə işləyəcək

Azərbaycanda yeni vəkillərin cəmi 10 faizi bölgələrdə işləyəcək

  • 13 mart 2026, 11:23

Vəkillər Kollegiyasına qəbul olunan 50 yeni üzvdən 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək.

Yurd.Media xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda 2 867 vəkil fəaliyyət göstərir.

Anar Bağırov qeyd edib ki, bu gün and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb:

"Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək".

Kollegiya sədri bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib, həmin imtahanlarda 6 893 namizəd iştirak edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları