SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Kənd təsərrüfatı məhsulları 5 faizə qədər BAHALAŞIB

Kənd təsərrüfatı məhsulları 5 faizə qədər BAHALAŞIB

  • 13 mart 2026, 13:46

Azərbaycanda ötən il kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti 4.7% artıb.

Yurd.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Bildirilib ki, bununla belə pərakəndə satış nöqtələrində qiymətlərin artması, habelə hansı ərzaq məhsulu ilə əhalinin hansı həcmdə yerli istehsal hesabına təmin edilməsi barədə məlumat əks olunmayıb:

"2024-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcədən 362.5 milyon manat subsidiya ayrılmış, 50.6 min manat güzəştli kreditlər verilmiş, kənd təsərrüfatı texnikası alınması üçün 80.8 milyon manat, damazlıq heyvan alışı üçün 1.4 milyon manat güzəştli vəsait ayrılıb. Bu istiqamətdə böyük həcmdə vəsaitin ayrılmasına baxmayaraq, qarşılığında ərzaq məhsullarının ölkəmizə idxalının son illərdə davamlı olaraq artması müşahidə edilir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları