Ağdaşın Şəkili kəndində suvarma arxlarının təmizlənməsi və suötürmə qabiliyyətinin bərpası təmin olunub.
Ağdaş Rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, bu məsələ icra başçısının aparatda və yerlərdə keçirilən səyyar qəbulları zamanı sakinlər tərəfindən qaldırılmışdı.
"Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağdaş Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən müvafiq texnika cəlb olunmaqla, kənd ərazisində suvarma arxlarının təmizlənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş və arxların normal fəaliyyəti təmin olunub", - Rayon İcra Hakimiyyətindən qeyd olunub.

