İranda son günlər baş verən hadisələr fonundaq Azərbaycanda ikinci əl avtomobil bazarında durğunluq yaşanır.
Yurd.Media xəbər verir ki, avtomobillərin qiyməti artıb və alıcı tapmaq da olduqca çətinləşib.
Satıcılar "Xəzər Xəbər"ə bildirirlər ki, ikinci əl avtomobillərin qiymətində 2000 manatdan çox artım müşahidə edilir.
Maşın bazarındakı satıcılar qeyd edirlər ki, son zamanlar alıcıların sayında kəskin azalma və durğunluq müşahidə edilir.