SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Gəncədə istehsal olunan xüsusi texnikalar Cəlilabadın təmizliyinə cəlb olunur

Gəncədə istehsal olunan xüsusi texnikalar Cəlilabadın təmizliyinə cəlb olunur

Cəlilabad

Cəlilabadda Kommunal Müəssisələr Kombinatına yeni texnikalar verilib.

Yurd.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə Avtomobil Zavodunda istehsal olunan, kommunal təsərrüfat sahəsinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi daşıyan hər birinin tutumu 22 kubmetr olan 2 ədəd xüsusi texnika Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində məişət tullantıları daşıyan texnikalarla tanış olarkən bildirilib ki, Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrin inkişafı, müasir sosial infrastrukturun, parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması istiqamətində layihələr ardıcıl şəkildə həyata keçirilir və bu, ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Xidmət sahəsinin fəaliyyətinin daha səmərəli təşkili, məişət tullantılarının vaxtında toplanması və daşınmasının təmin edilməsi məqsədilə texnikalar əvəzsiz olaraq Cəlilabad Kommunal Müəssisələr Kombinatına təqdim olunub.

Qeyd olunub ki, məişət və digər tullantıların xüsusi konteynerlərdən yığılaraq poliqonlara daşınması üçün nəzərdə tutulan yeni texnikalar əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına, ətraf mühitin təmizliyinin qorunmasına və xidmətin operativliyinin artırılmasına xidmət edəcək.

Eyni zamanda sakinlər məişət tullantılarını xüsusi zibil qutularına atmağa, şəhərin estetik görünüşünün qorunmasına və ekoloji mühitin çirklənməsinin qarşısının alınmasına birgə töhfə verməyə çağırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları