SÜJET
Yaponiyanın xarici işlər naziri Takesi İvaya ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür məktubu göndərib.
Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan press-relizdə bildirilib.
"İyunun 27-də xarici işlər naziri Takesi İvaya Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramova məktub göndərərək, Yaxın Şərqdə mövcud vəziyyət fonunda Yaponiya vətəndaşlarının İrandan təxliyə edilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib", - deyə press-relizdə qeyd edilib.