SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Ağ Partiya sədri: “Vətəndaşlarımız hüquq və vəzifələrindən ən yaxşı yol hərəkəti qaydalarını bilirlər”

Ağ Partiya sədri: “Vətəndaşlarımız hüquq və vəzifələrindən ən yaxşı yol hərəkəti qaydalarını bilirlər”

  • 23 sentyabr 2025, 17:22

Bizim vətəndaşlarımız ən çox hüquq və vəzifələrindən yol hərəkəti qaydalarını bilirlər. Çünki polislə mübahisə zamanı cərimə yazılmaması üçün bu biliklər onlara fayda verir.

Bunu Ağ Partiyanın sədri Tural Abbaslı “Yurddaş” verilişinə müsahibəsində bildirib.

O qeyd edib ki, vətəndaşlar düşünürlər ki, seçkiyə səs verməklə, ictimai aktivlik göstərməklə, mitinqlərə getməklə nəticə əldə edilmir:

 “Bu vəziyyətdə biz kimlərlə işləməliyik? Siyasətin əsas mənbəyi xalqdır. Xalq prosesdən uzaqlaşdırıldıqda isə biz tək qalırıq,” – deyə Abbaslı vurğulayıb.

O əlavə edib ki, Azərbaycanda müxalif siyasi fəallar əsasən fədakarlıq hesabına fəaliyyət göstərirlər, yəni onlar maaş, üstünlük və ya imtiyaz olmadan ortalıqdadırlar.

Prime Leasing