SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Daşınmaz əmlak bazarında qiymətlər kəskin bahalaşıb - VİDEO

Daşınmaz əmlak bazarında qiymətlər kəskin bahalaşıb - VİDEO

  • 23 sentyabr 2025, 13:16

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur.

Yurd.Media xəbər verir kı, son bir ildə köhnə tikililərdə mənzillər 12%, yeni tikililərdə isə 16% bahalaşıb.

Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri Vüqar Oruc "XəzərXəbər"ə bildirib ki, artan inşaat xərcləri, iri infrastruktur layihələrinin icrası və mənzilə tələbatın yüksəlməsi qiymət artımının əsas səbəblərindəndir.

Onun sözlərinə görə, hazırda qeyri-yaşayış obyektlərində 13,5%, torpaq sahələrində 17%, yeni binalarda 15,6%, köhnə binalarda 11,4%, fərdi yaşayış evlərində isə 14% bahalaşma qeydə alınıb.

Mütəxəssis həmçinin ipoteka kreditlərinin əlçatanlığının genişlənməsi və xarici investor marağının da bazarda qiymətləri formalaşdıran amillər arasında olduğunu vurğulayıb.

Qeyd edək ki, qiymət artımı təkcə Bakıda deyil, regionlarda da özünü göstərir. Gəncə və Lənkəranda təxminən son bir ildə mənzil qiymətləri 20% yüksəlib.

Prime Leasing