SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
AYNA sədri Bakıda tıxacları minimuma salacaqlarını AÇIQLADI

AYNA sədri Bakıda tıxacları minimuma salacaqlarını AÇIQLADI

  • 22 sentyabr 2025, 16:22

Bakıda piyadalar və mikromobillik istifadəçiləri üçün şərait daha da yaxşılaşdırılacaq, ağıllı idarəetmə sistemləri tətbiq olunacaq.

Yurd.Media xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərə bildirib.

“Əminəm ki, 5 ildən sonra Bakının mərkəzi küçələrinin görkəmi dəyişəcək, şəhər mobilliyi bugünkündən dəfələrlə yaxşı olacaq”.

Onun sözlərinə görə, şəhərdə ictimai nəqliyyatın payı artırılacaq, insanların ictimai nəqliyyata çıxışı asanlaşacaq, onlara keyfiyyətli və fasiləsiz xidmət göstəriləcək: “Eyni zamanda, piyadalar və mikromobillik istifadəçiləri üçün şərait daha da yaxşılaşdırılacaq, ağıllı idarəetmə sistemləri tətbiq olunacaq. Bu dəyişikliklər sayəsində tıxaclar minimuma enəcək, insanlar şəhər daxilində daha rahat və sürətli hərəkət edə biləcəklər”.

Prime Leasing