SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycanda xüsusi karantin rejimi gələn ilə qədər uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi gələn ilə qədər uzadıldı

  • 22 sentyabr 2025, 12:07

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 oktyabr saat 06:00-dək olan dövrü əhatə edib.

Prime Leasing