Oktyabrın 20-də, saat 11:00-da "Bank BTB" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yurd.Media xəbər verir ki, bank bununla bağlı Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində elan verib.
Elanda deyilir ki, yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə kredit təşkilatının Müşahidə Şurasının tərkibinə baxılması daxildir.
Xatırladaq ki, “Bank BTB” avqustun 4-də də eyni məqsədlə səhmdarlarının yığıncağını çağırmışdı.