SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ərəb şirkəti Bakıda Şəhər içində şəhər salacaq

Ərəb şirkəti Bakıda "Şəhər içində şəhər" salacaq

  • 22 sentyabr 2025, 13:39
Bakı

Ərəb şirkəti Bakıda "Şəhər içində şəhər" layihəsi həyata keçirəcək.

Yurd.Media xəbər verir ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Modon Holding"i arasında "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.

İmzalanma Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb.

Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin (Mohamed Hassan Alsuwaidi) iştirakı ilə baş tutub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları