SÜJET
Yaponiyanın Milli Kvant Tədqiqatları İnstitutu dünyanın ən davamlı maddələrindən biri olan teflonu məhv etmək texnologiyasını hazırlayıb.
Yurd.Media xarici mətbuata iatinadən xəbər verir ki, bu gün prosesin son dərəcə baha olması səbəbindən bu materialın utilizasiyası üçün rəsmi proqramlar mövcud deyil.
Lakin yapon alimləri həll yolu tapıblar – onlar teflonun molekulyar strukturunu dəyişərək onu yeni materiallar istehsal etmək üçün xammal halına gətirməyi öyrəniblər. Geniş yayılmış əfsanəyə görə teflon "Manhattan Layihəsi" sayəsində tələb olunan materiala çevrilib. Maddənin özü hələ 1938-ci ildə əldə edilmişdi, lakin onunla nə edəcəyini heç kim başa düşmürdü – material heç nə ilə qarşılıqlı təsirdə olmur və geniş temperatur diapazonunda öz fiziki və kimyəvi xüsusiyyətlərini qoruyub saxlayırdı. Eyni zamanda, Oak Ridge laboratoriyasındakı fiziklər son dərəcə korroziv olan uran heksafloridi ilə mübarizə aparmağa çalışırdılar.
Teflon demək olar ki, ideal izolyator oldu və nüvə materialları ilə işləyərkən boruların, klapanların və digər avadanlıqların qorunması üçün geniş istifadə edildi. O vaxtdan bəri teflon geniş yayılıb, lakin bu, əsas problemə çevrilib. Əgər elmtutumlu və texniki cəhətdən mürəkkəb sahələrdə teflonun utilizasiyası və təkrar emalı haqqında hələ də bir qədər düşünülürsə, çoxsaylı "yapışmayan" tavalar sadəcə zibilliyə atılır. Digər tərəfdən, bu, eksperimentlər üçün əla bir poliqondur və yapon alimləri bundan istifadə ediblər. Teflon havada 370 °C temperatura qədər qızdırılır, sonra 5 MGr enerjili elektron şüası ilə təsir edilir. Bu, polimer strukturunun 100% dağılmasını təmin edir ki, bu da oksidləşmiş ftorkarbonların və perfluorkarbonların əmələ gəlməsinə səbəb olur. Bu artıq dəyərli xammal hesab olunur – bu molekullardan yeni faydalı materiallar yaratmaq mümkündür.