SÜJET
Yeni dərs ilinə az qalmış məktəbli geyimləri və ləvazimatlarının qiymətləri valideynlərin diqqət mərkəzindədir.
Yurd.Media-nın apardığı araşdırma nəticəsində paytaxtdakı mağazalarda qiymətlərin həm büdcəyə uyğun, həm də premium seqmentdə dəyişdiyi məlum olub.
Belə ki,məktəb çantalarının qiymətləri ən ucuz modellərdə 15–20 manatdan başlayır, orta seqmentdə 25–40 manat aralığında dəyişir, brend modellər isə 150 – 200 manata qədər təklif olunur.
Dəftərlərin qiyməti isə vərəq sayına və keyfiyyətinə görə dəyişir. Ən ucuz dəftərlər 0.15–0.35 manat, daha keyfiyyətli modellər isə 2.20 manata qədər satılır. Qələm qablarının qiyməti 7–20 manat, qələmlər isə 0.29–8.30 manat aralığında dəyişir.