SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Naxçıvanda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvanda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

  • 12 avqust 2025, 15:00

Naxçıvan şəhərində çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Yurd.Media-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev 46 ünvanında fəaliyyət göstərən Səfərov Zamiq Sahib oğluna məxsus çörək emalı müəssisəsində gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Prime Leasing