"Yapı Kredi Bank Azərbaycan" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bank ötən il 10 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 19,4% azdır.
Bu ilin əvvəlinə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 8,5% çox – 792,7 milyon manat, o cümlədən xalis kredit portfeli 50,4% çox – 435,8 milyon manat təşkil edib. Bankın öhdəlikləri 669,2 milyon manat (7,9% çox), o cümlədən depozit portfeli 527,7 milyon manat (1,3% az), balans kapitalı isə 123,6 milyon manat (12,4% çox), o cümlədən nizamnamə kapitalı 55,4 milyon manat (dəyişməyib) olub.