SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Yağışlı havaya görə polis bir sutkada 800-ə qədər çağırışa çıxıb

Yağışlı havaya görə polis bir sutkada 800-ə qədər çağırışa çıxıb

  • 28 mart 2026, 17:03

Daxili İşlər Nazirliyi (DİN) yağışlı hava ilə əlaqədar bir sutkada 763 çağırışa reaksiya verib.

DİN-dən Yurd.Media-ya bildirilib ki, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi polis orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək vətəndaşlara zəruri köməklik göstərilməsi təmin olunub.

"Hazırda ölkə ərazisində DİN tərəfindən təşkil olunan xidmət gücləndirilmiş rejimdə davam etdirilir. Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyalı fəaliyyətin icrası diqqətdə saxlanılır", - məlumatda vurğulanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları