Yağışlı havada yollarda yığılan suyun avtomobillərin təkərləri altından çıxaraq yol kənarında dayanan insanların üzərinə sıçraması piyadalar üçün ciddi problemə çevrilir.
Yurd.Media xəbər verir ki, bu həm narazılıq yaradır, həm də təhlükəsizlik baxımından risk hesab olunur.
Baş Dövlət Yol Polisi İdarəsi "Xəzər Xəbər"ə bildirilib ki, sürücülər yağışlı havada daha diqqətli olmalıdırlar. Bildirilir ki, piyadaların təhlükəsizliyi bütün hərəkət iştirakçıları tərəfindən mütləq nəzərə alınmalıdır.
Qeyd edək ki, belə hallara yol verən sürücülər aşkar edildikdə İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və ya nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.