SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Xocavəndin şəhər, qəsəbə və kəndlərinə YENİ KÖÇ

Xocavəndin şəhər, qəsəbə və kəndlərinə YENİ KÖÇ

  • 12 may 2026, 21:41
Xocavənd

Xocavənd rayonunun şəhər, qəsəbə və kəndlərinə bugün daha bir neçə köç karvanı gəlib. 

Yurd.Media xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr yurdlarına qovuşublar.

Bu gün Xocavənd şəhəri 6 ailə olmaqla 24 nəfərə, Qırmızı Bazar qəsəbəsi 6 ailə olmaqla 24 nəfərə, Xocavənd kəndi isə 6 ailə olmaqla 20 nəfərə qucaq açıb.

Köçürülən sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb, yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları