Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xocavənd şəhərinə köçün vaxtını açıqlayıb.
Yurd.Media xəbər verir ki, Emin Hüseynov gələn ilin ilk günlərində Xocavənd şəhərinə və Xocavənd kəndinə köç planlaşdırıldığını və bununla bağlı artıq hazırlıq işləri getdiyini bildirib.
E.Hüseynov həmçinin qeyd edib ki, Ağdamda dördüncü və beşinci yaşayış məhəlləsi tikilməkdədir:
"Eyni zamanda yaxın vaxtda üçüncü məhəllənin tikintisinə başlayacağıq. Gələn ilin ortalarında da birinci məhəllənin tikintisinə başlanılacaq. Hazırda ən çox yaşayış Füzuli şəhərindədir, amma Ağdam şəhəri bir azdan önə keçəcək. Ağdam şəhərinin bu günü bizim hamımızı qürurlandırır və ümid edirik ki, şəhər əhalisi sürətlə artacaq və Ağdam şəhəri köhnə şan-şöhrətini geri qaytaracaq. Gələn ilin ilk günlərində Xocavənd şəhərinə köç planlaşdırırıq”.