SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Xocalıda Xan Şuşinskinin ata ocağı bərbad hala düşüb - VİDEO

Xocalıda Xan Şuşinskinin ata ocağı bərbad hala düşüb - VİDEO

  • 26 oktyabr 2025, 16:57
Xocalı

Xocalıda Xan Şuşinskinin ata ocağı bərbad hala düşüb.

Yurd.Media xəbər verir ki, AzTV-nin çəkiliş qrupu böyük xanəndənin Ballıcadakı uşaqlıq dövrünün keçdiyi evdə olub.

Uzun illər Şuşada yaşasa da, hətta Şuşada dünyaya gəldiyi deyilsə də, bu məkanın nəfəsi, bu torpağın avazı onun səsində daim yaşayıb. Xan Şuşinski Pənahəli xanın nəvəsi, Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan Ağa Cavanşirin oğludur.  

Binada işğal dövründə əlavə müdaxilələr edilib. Lakin nə etsələr də, bu evin keçmişinin izlərini tamamilə silə bilməyiblər. Evdə aparılan araşdırmalar zamanı tapılan bəzi fotolar buranın həm də məktəb kimi istifadə olunduğunu təsdiq edir.

Mədəniyyət Nazirliyi binaya baxış keçirib. Tikintinin mədəni və tarixi əhəmiyyətini nəzərə alaraq, tarixi abidələrin reyestrinə daxil edilməsi üçün qeydə alınıb.

Prime Leasing