“NƏZRİN-2020” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) gömrük qaydalarını pozmaqda ittiham olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin ünvanına gələn yük gömrük bəyannaməsi ilə bəyan edilib.
Sözügedən gömrük bəyannaməsinin 22-ci qrafası ilə qısa idxal bəyannaməsinin 22-ci qrafası arasında uyğunsuzluq yaranıb.
Müəyyən edilib ki, sənəddə malların ümumi invoys dəyəri 15 416 ABŞ dolları qeyd edilsə də, qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 17 182 ABŞ dolları qeyd edilib.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “NƏZRİN-2020” 250 manat cərimə edilib.
“NƏZRİN-2020” MMC adından da göründüyü kimi 2020-ci ildə yardılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin rəhbəri Bəhram Kərimovdur.