SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
İstirahət məkanında kanat sındı: Ölənlər var

İstirahət məkanında kanat sındı: Ölənlər var

  • 08 sentyabr 2026, 22:07
Şəki

Şəkidə bədbəxt hadisə 2 nəfərin həyatına son qoyub.

Yurd.Media xəbər verir ki, Şəki rayonundakı "Şəki Yaylası" istirahət mərkəzindən sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Bu barədə "Report"un Şimal-qərb bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Vurğulanıb ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırıldığı, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirdiyi bildirilir. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi söylənilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları