SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast şirkətini cərimələdi

Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi

  • 09 sentyabr 2026, 09:01

“Fin-Plast İnternational” Məhdud Məsuliyyətli Cəmiyyət “MMC” cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, MMC-nin ünvanına daxil olmuş taxta yükləri gömrük bəyannaməsində uyğunsuzluq aşkarlanıb. 

“Fın-Plast İnternational” MMC tərəfindən “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş gömrük bəyannaməsinin 22-ci qrafasında valyuta kodu 978 avro qeyd edilib, lakin qısa idxal bəyannaməsinin 22-ci qrafasında valyuta kodu 840 ABŞ dolları qeyd olunub. 

Nəticədə, Bakı Baş Gömrük İdarəsinin Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən “Fın-Plast İnternational” MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilib. 

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə MMC 300 manat cərimə olunub.

"Fin-Plast İnternational" MMC, Azərbaycanın polietilen qablaşdırma və çap sənayesində fəaliyyət göstərən qabaqcıl istehsalçı şirkətlərindən biridir. 1998-ci ildə Sumqayıt şəhərində iş adamı Füzuli Cabbarov tərəfindən təsis edilmiş müəssisə, flexoqrafik çap texnologiyasından istifadə edərək müxtəlif növ polimer paketlərin istehsalı üzrə ixtisaslaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları