SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Vüsal Nəsirlinin rəhbərlik etdiyi Agentlikdə 10-dan çox şirkət ləğv edildi

Vüsal Nəsirlinin rəhbərlik etdiyi Agentlikdə 10-dan çox şirkət ləğv edildi

  • 26 may 2026, 17:08

Bu ilin fevral ayında Vüsal Nəsirlinin İdarə Heyətinin sədri təyin edildiyi Dövlət Agentliyində 10-dan çox şirkət ləğv edilib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir neçə şirkət ləğv edilib.

Müvafiq qərara əsasən, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.

Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC də ləğv olunduğunu elan edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları