SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Vasif Talıbovun yaratdığı muzey ləğv edildi

Vasif Talıbovun yaratdığı muzey ləğv edildi

  • 11 noyabr 2025, 13:54

Naxçıvan Duz Muzeyi ləğv edilib.

Yurd.Media "Modern.az"a istinadən xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb.

Muzeyin ləğv edilmə səbəbi məlum deyil. 

Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir.

Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeyin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun iştirakı ilə 2018-ci ildə açılışı olmuşdu.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb.

Prime Leasing
SPE Annual Caspian