"Unibank Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin daha bir problemli krediti məhkəməyə kimi gedib çıxıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank illik 22 faizlə 5000 manat kredit ayırdığı müştərisini məhkəməyə verib.
Şuşa Rayon Məhkəməsinin çıxardığı qətnaməyə görə, cavabdehdən 4551,17 manat əsas borc, 705,87 manat faiz borcu, 171,22 manat cərimə olmaqla, cəmi 5428,26 manat borc tutularaq iddiaçı banka ödənilməsi barədə qətnamə çıxarılıb. Qətnaməyə görə, məhkəmə bankın müştərisinə yüklədiyi cərimədən cəmi 100 manat silib.
Qeyd edək ki, bu ilin 3-cü rübünün yekunlarına görə "Unibank"ın problemli kreditlərinin həcmi 42,4 milyon manat təşkil edir.