"Reklam agentliyinin işçilərinin gəlib söküntü aparması qanunsuzdur. Reklam haqqında qanun da bunu deyir”.
Yurd.Media xəbər verir ki, bunu "Sədərək" ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim "İctimai TV"yə bildirib.
Onun sözlərinə görə, Agentliyinin işçiləri artıq neçənci dəfədir ki, heç bir xəbərdarlıq etmədən ağır texnikalarla gələrək söküntü aparmağa çalışırlar:
"Halbuki bura qapalı ərazidir və onların söküntü aparması qanunsuzdur".
Dövlət Reklam Agentliyindən isə bildirilib ki, qanunvericiliyə əsasən açıq məkanlardakı reklamlar mülkiyyət əsasında müəyyən edilmir və "Sədərək”dəki reklam lövhələri açıq məkanda yerləşdirilməklə yol kənarlarından, uzaq məsafələrdən açıq şəkildə görünür.
Qeyd edək ki, ticarət mərkəzində sahibkarlarla və ADRA əməkdaşları arasında baş vermiş insident zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.