SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Texnoplus” satdığı “ZLN” markalı mikser və elektrikli sobaya görə MƏHKƏMƏDƏ

“Texnoplus” satdığı “ZLN” markalı mikser və elektrikli sobaya görə MƏHKƏMƏDƏ

  • 09 iyun 2026, 13:28
Ağdaş

Azərbaycanda elektronika və məişət texnikası əşyalarının satışı ilə məşğul olan “Texnoplus” mağazalar şəbəkəsi şirkəti məhkəməyə müraciət edib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət Ağdaş Rayon Məhkəməsinə müraciət edərək müştərisi Nənəxanım İsmayılovadan 780 manat əsas, 20 manat cərimə, 30 manat məbləğində ödənilmiş dövlət rüsumununu tutulması tələb edib. 

İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Nənənxanım İsmayılova “Texnoplus” mağazasından ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 65 manat ödəniş edilməsi şərti ilə 780 manat dəyərində “ZLN” markalı mikser və “ZLN” markalı elektrikli soba alıb. 

Məhkəmə iddia tələbini təmin edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları