SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Taleh Kazımov ABŞ-dan “əlidolu qayıdıb”

Taleh Kazımov ABŞ-dan “əlidolu qayıdıb”

  • 20 oktyabr 2025, 14:25

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarında iştirak etmək məqsədilə ABŞ-yə işgüzar səfəri başa çatıb. 

Yurd.Media xəbər verir ki, 13-18 oktyabr tarixlərini əhatə edən səfər çərçivəsində keçirilmiş görüşlər AMB-nin, eləcə də ölkənin maliyyə sektorunun beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının daha da gücləndirilməsi, o cümlədən beynəlxalq tərəfdaşlarla strateji dialoqunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Belə ki, T.Kazımov Çin Xalq Bankının sədri Pan Qonşenq, "BlackRock" şirkətinin baş idarəçi direktoru və qlobal tərəfdaşlar ofisinin həmsədri Coud Abdel Macid, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani, eləcə də Abu-Dabi Kommersiya Bankı, "Mizuho Bank", "UBS", Nyu-York Federal Ehtiyatlar Sistemi kimi maliyyə qurumları ilə görüşlər keçirib. 

Prime Leasing