SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir?

Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir?

  • 02 mart 2026, 19:59

Ramazan orucunun əhəmiyyəti, insanlara verdiyi cismi və mənəvi faydaları həddindən artıq çoxdur. Bu faydalar içərisində günaha bulaşmamaq xüsusi yer tutur.

Yurd.Media xəbər verir ki, ilahiyyatçıların sözlərinə görə, Ramazan ayı insanları günahlardan çəkindirərək peyğəmbərlərin (ə) tövsiyə etdiyi yola “siratəl-müstəqim”ə doğru aparır ki, bu da bütün bəşəriyyəti Allahın vacib və nəhy etdiklərindən çəkindirməyə təşviq edən “Qurani-Kərim”in ana xəttidir. İnsanlar bu ay vasitəsilə ən böyük qazancını əldə edərək peyğəmbərlərin (ə) qoyduğu yola doğru hərəkətə çıxırlar. Bu ayın prinsiplərini, fəzilət və əhəmiyyətini əks etdirən amillər arasında ixlas və iman anlayışı da seçilir. Necə ki, Həzrət Peyğəmbəri (s) buyurur: “İnsan, Ramazan ayının fəzilətini bilsəydi, ilin hamısının Ramazan olmasını istəyərdi.

İlahiyyatçılar qeyd edir ki, islam dininin ibadət ayinlərinin əsasını təşkil edən amillərdən biri də iman əhlinin Ramazan ayında sübh azanından şam azanına kimi oruc tutmasıdır. Ümumiyyətlə, oruc ibadəti tarixən bütün İlahi elçilərin (ə) şəriətində müəyyən fərqlərlə mövcud olub və bu barədə mənbələrdə müəyyən məlumatlar var. Odur ki, yəhudilər, xristianlar və digər dinlərin mənsubları şəriətlərinə uyğun olaraq oruc tutublar və tuturlar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları