SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qaxın kəndində aztəminatlı ailələrə dəfn xərclərinin verilməsi müzakirə olunub

Qaxın kəndində aztəminatlı ailələrə dəfn xərclərinin verilməsi müzakirə olunub

Qax

Qax rayonunun Qaxbaş bələdiyyəsi 2025-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirib.

Yurd.Media xəbər verir ki, Qaxbaş kəndində hesabat yığıncağında bələdiyyə büdcəsi daxilində sakinlərə sosial, iqtisadi və humanitar yardımların göstərilməsi, bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi prosesində güzəştlərin tətbiqi və sənədləşmə işlərində köməklik göstərilməsi, aztəminatlı ailələrə mərhumlarının dəfn və yas mərasimlərinin təşkili üçün zəruri xərclərin verilməsi, ərazinin abadlaşdırılması və məişət tullantılarından təmizlənməsi, daxil olmuş vətəndaş müraciətləri və onların həlli ilə bağlı görülmüş işlər barədə əhaliyə məlumat verilib.

Həmçinin yığıncaqda büdcə və maliyyə vəsaitinin xərclənməsi, şəffaflığın təmin olunması, qarşıda duran vəzifələrin və prioritetlərin müəyyənləşdirilməsi, vətəndaşların irad və təkliflərinin dinlənilməsi, ictimai iştirakçılığın təmin olunması kimi məsələlər müzakirə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları