SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Buzovnada qanunsuz tikili Agentlik tərəfindən belə dağıdıldı - VİDEO

Buzovnada qanunsuz tikili Agentlik tərəfindən belə dağıdıldı - VİDEO

  • 02 mart 2026, 16:38
Bakı

Buzovna qəsəbəsində qanunsuz tikili Agentlik tərəfindən dağıdıldı.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Buzovna qəsəbəsi ərazisində fiziki şəxs Vəziri Fikrət Nadir oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Buzovnada qanunsuz tikili Agentlik tərəfindən belə dağıdıldı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları