SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
SOCAR-ı tərk etdi, “Avrora Group”da departament rəhbəri təyin olundu

SOCAR-ı tərk etdi, “Avrora Group”da departament rəhbəri təyin olundu

  • 11 noyabr 2026, 17:31

“Avrora Group”da yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ömər Balacayev İnsan kapitalı və biznes tərəfdaşlığı departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl 2025-ci ilin avqustundan 2026-cı ilin noyabrınadək SOCAR-ın Kompleks Qazma İşləri Trestinin İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışıb. 2023-cü ilin sentyabrından 2025-ci ilin avqustunadək həmin qurumda İnsan resursları departamentinin rəhbər müavini olub.

Ömər Balacayev 2023-cü ilin mayından sentyabr ayınadək “Neft Daşları”nda İnsan resursları və kadr uçotu şöbəsinin müdir müavini, 2019-cu ilin iyulundan 2023-cü ilin avqustunadək isə SOCAR-da baş insan resursları mühəndisi vəzifəsində çalışıb.

O, 2018-ci ilin aprelindən 2019-cu ilin iyun ayınadək “Veysəloğlu” Şirkətlər Qrupunda İnsan resursları üzrə biznes tərəfdaşı, 2017-ci ilin noyabrından 2018-ci ilin martınadək “Avrora Group”da insan resursları üzrə mütəxəssis olub.

Ömər Balacayev əmək fəaliyyətinə isə 2016-cı ilin martından 2017-ci ilin martınadək “German Hospital”da müştəri xidmətləri sahəsində başlayıb.

Ömər BalacayevÖmər Balacayev

Skat.az - Ev və Avtomobil elanları