SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Şəmkirdə əlilliyi olan uşaqlar üçün reabilitasiya xidməti necə göstərilir?

Şəmkirdə əlilliyi olan uşaqlar üçün reabilitasiya xidməti necə göstərilir?

Şəmkir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil olunub.

Yurd.Media-nın Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, media nümayəndələrinə verilən məlumata görə, ötən ilin may ayında istifadəyə verilmiş 25 çarpayılıq mərkəz müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunub. Burada əlilliyi olan uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir.

Mərkəzdə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz terapiyası, psixoterapiya, loqopedik xidmətlər, əmək və musiqi terapiyası kimi müxtəlif istiqamətlərdə reabilitasiya tədbirləri həyata keçirilir.

Fəaliyyətə başladığı dövrdən indiyədək Şəmkir Uşaq Reabilitasiya Mərkəzində 5400-dən çox əlilliyi olan uşaq reabilitasiya xidmətləri ilə təmin olunub. Onlardan 4000-ə qədəri ambulator qaydada, digərləri isə stasionar, icma əsaslı, onlayn və səyyar formada reabilitasiya proqramlarına cəlb olunub.

Media nümayəndələri Mərkəzdə yaradılmış şərait, göstərilən xidmətlər, həmçinin tətbiq edilən fizioterapevtik müalicə prosedurları ilə yerində tanış olublar. Reabilitasiya prosesinə cəlb olunan uşaqlar və onların valideynləri göstərilən xidmətlərdən məmnun olduqlarını bildiriblər. Valideynlərin sözlərinə görə, uşaqlarda nəzərəçarpacaq müsbət irəliləyişlər müşahidə olunur, bəziləri danışmağa başlayıb. Həkim və mütəxəssislərdən ibarət peşəkar və mehriban kollektiv uşaqlara yüksək səviyyədə diqqət və qayğı göstərir, hər bir problemin həlli üçün səylə çalışır.

Qeyd edək ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində Bakı şəhərində 1 və 2 saylı, eləcə də Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir.

Prime Leasing