SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Şəkidə bölgə sənətkarlarının yaradıcılıq nümunələrinin sərgisi olub

Şəkidə bölgə sənətkarlarının yaradıcılıq nümunələrinin sərgisi olub

  • 05 sentyabr 2025, 23:09
Şəki

Şəkidə “ABAD”çı sənətkarların “Konstitusiya və Suverenlik İli” mövzusunda hazırlanmış əsərlərindən ibarət sərgi təşkil edilib, müxtəlif sənət sahələri ictimaiyyətə təqdim olunub.

Yurd.Media xəbər verir ki, ziyarətçilər Şəkinin zəngin tarixi-mədəni irsi ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrindən gələn sənətkarların yaradıcılıq nümunələrini də yaxından izləmək imkanı qazanıblar.

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin qarşısında reallaşan tədbir çərçivəsində ölkəmizin ayrı-ayrı bölgələrindən gələn “ABAD”çı sənətkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub, sənətkarlar tərəfindən ustad dərslər nümayiş etdirilib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli çıxışında sənətkarlıq diyarı kimi məşhur olan Şəkidə mədəni-tarixi irsin qorunub saxlanmasına hər zaman böyük diqqət göstərildiyini vurğulayıb.

Sonda tərəfdaş qurumlar və iştirakçı sənətkarlar qədim sənət ənənələrinin qorunması və təbliğindəki xidmətlərinə görə sertifikatlarla təltif olunublar.

Prime Leasing
SPE Annual Caspian