SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət etdi

Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət etdi

  • 03 iyul 2025, 13:04
Bakı

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Bakıda Zəfər parkını ziyarət edib.

Yurd.Media xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Prime Leasing