Şamaxı şəhərinin baş planının hazırlanması 780 min manatdan baha başa gələcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, yeni baş planını hazırlayacaq şirkət müəyyənləşib - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Integris" şirkəti tərəfindən hazırlanacaq.
Komitə ilə şirkət arasında bununla bağlı müqavilə imzalanıb.
Müqaviləyə əsasən, şəhərin yeni baş planının hazırlanmasına 785 min 420 manat sərf olunacaq.
Qeyd edək ki, “Integris" şirkəti 2006-cı ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Ceyhun Zeynalovdur.