SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Sahibkarlara yarıbayarı güzəştlər təklif edilir

Sahibkarlara yarıbayarı güzəştlər təklif edilir

  • 06 noyabr 2025, 22:48

Azərbaycanda bəzi sahibkarlara yarıbayarı güzəştlər olunması təklif edilib.

"Azərbaycanda əməkhaqqını artıran və yaxud yeni iş yeri yaradan sahibkarlara vergi və sosial sığorta ödəmələrində 50 % güzəşt tətbiq edilməlidir".

Yurd.Media xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu güzəştlər iş adamlarına əməkhaqqı artımlarında qeyri-rəsmiliyə qaçmamağa stimul ola bilər. Çünki sahibkarlar maaş artımlarında daha çox vergidən yayınmaq üçün qeyri-şəffaflığa meyl göstərirlər", - deyə o qeyd edib.

Prime Leasing
SPE Annual Caspian