SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ağsu kəndlərində torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı MÜRACİƏTLƏR

Ağsu kəndlərində torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı MÜRACİƏTLƏR

Ağsu

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə  və təşkilat rəhbərlərinin iştirakı ilə Pirhəsənli və Bozavand kənd sakinləri üçün səyyar qəbul keçirib. 

Yurd.Media xəbər verir ki, səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik təchizatının yaxşılaşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, torpaq sahələrinin sənədləşdirilməsi, kəndlərdə daxili avtomobil təmiri, maddi yardım olunması, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Vətəndaş müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon  icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları