Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxs ləğv edilib.
Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Nazirlər Kabineti iki ay ərzində Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması barəsində təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməlidir.
Həmçinin Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı Azərbaycan Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin icrasını təmin edəcək.