"Əsas vəzifə innovasiya üçün kifayət qədər çevik, eyni zamanda cəmiyyəti və xüsusilə uşaqları qoruyacaq qədər güclü qaydalar arasında düzgün balans tapmaqdır".
Yurd.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu qaydaların müəyyən edilməsi, real şəraitdə sınaqdan keçirilməsi, səhvlərdən öyrənilməsi və hüquqi çərçivənin davamlı yenilənməsi ilə mümkün olur:
“Azərbaycanda da bu yanaşma tətbiq edilir və səhvlərdən öyrənmək vacib hesab olunur. Çünki bütün riskləri əvvəlcədən görmək və ilk gündən qanunvericilikdə əks etdirmək mümkün deyil. Buna görə də qanunvericiliyin zaman-zaman yenilənməsi normal hesab olunur.
Ölkədə rəqəmsal strategiya, kibertəhlükəsizlik strategiyası və süni intellekt strategiyası qəbul edilib və praktiki təcrübəyə əsaslanaraq bu yanaşma yenilənir".