Şabranda çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır.
Yurd.Media xəbər verir ki, Şabrançayın güclü axını bir neçə yaşayış evinin divarlarını yuyub, dağıdıb, bəzilərinin isə tamamilə uçmasına səbəb olub. Hazırda da çayın kənarları uçaraq evlərə yaxınlaşır.
Vətəndaşlar "Xəzər Xəbər"ə bildirirlər ki, güclü seldən 6 ay keçməsinə baxmayaraq, ciddi tədbirlər görülməyib.
Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, problemin həlli üçün texnikalar cəlb olunub, işlər aparılır.
Sakinlərdə qısamüddətli tədbirlərlə problemin tam həll olunacağına inam azdır. Onlar güclü yağışlardan sonra təhlükənin yenidən böyüyə biləcəyindən narahatdırlar.