SÜJET

Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi
Sabah Xocalıya növbəti köç olacaq

Sabah Xocalıya növbəti köç olacaq

  • 21 may 2025, 18:48
Xocalı

Sabah Xocalı şəhəri və Ballıca kəndinə sakinlərin növbəti köçü baş tutacaq.

Yurd.Media xəbər verir ki, bhu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdacaq.

Ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək.

Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib. Xatırladaq ki, indiyədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə - yəni 811 nəfər köç edib.