SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Rusiyadan BƏƏ-yə uçan təyyarə təcili Bakıya endi

Rusiyadan BƏƏ-yə uçan təyyarə təcili Bakıya endi

  • 05 dekabr 2025, 09:17
Bakı

Rusiyadan BƏƏ-yə uçan təyyarə Bakıda təcili eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, "FlyDubai" aviaşirkətinə məxsus "Boeing 737" tipli hava gəmisinin komandiri Moskva-Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

Məlumata görə, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.

Prime Leasing
SPE Annual Caspian