SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Reklam Agentliyinin Bakıda hoteli cərimələmək cəhdi baş tutmadı

Reklam Agentliyinin Bakıda hoteli cərimələmək cəhdi baş tutmadı

  • 25 dekabr 2025, 13:33
Bakı

Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi paytaxtın Nərimanov rayonunda yerləşən “Krone Hotel”in qanunsuz reklam lövhəsi yerləşdirməsini müəyyən edib. 

Yurd.Media-nın əldə etdiyimiz məlumata görə, idarə “Krone Hotel”in barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol tərtib edib. Protokol təsdiq edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

Məhkəməyə təqdim olunmuş sənədlərdə qeyd olunur ki, inzibati xəta haqqında protokola sübut kimi əlavə edilmiş fotoşəkillərə əsasən “Krone Hotel” obyektinin açıq məkanda reklam yerləşdirdiyi müəyyən edilir. 

Bununla bağlı məhkəmə qeyd edib ki, “Krone Hotel” adlı obyektin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid olmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməyib, bu da hazırki inzibati material üzrə inzibati xətanı törədən şəxsin müəyyən edilməsini mümkünsüz edir. 

Belə ki, obyekt və vəzifəli şəxsin eyniləşdirmə əlamətləri iş materiallarında əks etdirilməyib. 

Buna görə də məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Reklam İdarəsinə geri qaytarılması barədə qərar qəbul edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları