SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
“Referans Klinikası” da Xalq Bank kimi Dövlət Bayrağına hörmətsizlik edib - FOTO

“Referans Klinikası” da "Xalq Bank" kimi Dövlət Bayrağına hörmətsizlik edib - FOTO

  • 11 noyabr 2025, 10:17

“Referans Klinikası” da 9 Noyabr - Bayraq Günü ilə münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib.

Yurd.Media xəbər verir ki, Klinikanın süni intellektlə hazırlanmış paylaşımında paylaşımda Azərbaycan Bayrağı 10 guşəli təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. 

Qeyd edilir ki, bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Xatırladaq ki, oxşar səhv "Xalq Bank" ASC paylaşımında da baş vermişdi. Belə ki, Bankın sosial şəbəkə hesabındakı paylaşımında dövlət bayrağının üzərində əks olunmuş ulduzun guşələrinin sayı azaldılaraq 7-yə endirilmişdi.

Prime Leasing
SPE Annual Caspian