SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ramazan 2026: 9-cu gün - imsak və iftar vaxtları, oruc duası

Ramazan 2026: 9-cu gün - imsak və iftar vaxtları, oruc duası

  • 26 fevral 2026, 19:23

Sabah Ramazan ayının 9-cu günüdür.

Yurd.Media xəbər verir ki, imsak vaxtı saat 05:53-də, iftar vaxtı isə 18:43-dədir.

Ramazan ayının 9-cu gününün duası:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

Tərcüməsi:

“İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları