SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Ramanada çətinlik: Azərsu xəbərdarlıqsız suyu kəsib

Ramanada çətinlik: "Azərsu" xəbərdarlıqsız suyu kəsib

  • 19 noyabr 2025, 14:53
Bakı

Bakının Ramana qəsəbəsində yaşayan sakinlər "Azərsu" ASC-nin xəbərdarlıq etmədən suyu kəsməsinin ciddi çətinlik yaratdığını bildirirlər.

Yurd.Media-ya müraciət edən şəslər bildiriblər ki, gecə saatlarından etibarən əraziyə verilən su kəsilib, problemin səbəbi və müddəti ilə bağlı isə rəsmi məlumat verilməyib:  

"Zəng edirik, deyirlər təmir-bərpa işləri gedir, günün sonuna bərpa olunacaq. Deyirəm xanım, axı gecə saatlarından su yoxdur, bu barədə heç bir məlumat da verilməyib. Camaat susuz qalıb", – şikayətçi deyir.

Şikayətçilər həmçinin zəng edəndə "Azərsu" operatorlarının kobud cavab verməsini də qeyd edirlər:

"Sanki suyu kəsilən biz yox, onlardır".

Sakinlər hesab edir ki, bu cür halların qarşısını almaq üçün məlumatlandırma sisteminin təkmilləşdirilməsi və vətəndaşlarla ünsiyyətin daha etik formada qurulması vacibdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları