SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Qubada Baş Planın icra vəziyyəti ilə tanışlıq olub

Qubada Baş Planın icra vəziyyəti ilə tanışlıq olub

  • 13 iyun 2025, 20:36
Quba

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev vətəndaş qəbulu çərçivəsində iyunun 13-də Quba şəhərinə səfər edib.

Bu barədə Yurd.Media-ya Komitədən məlumat verilib.

Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, xatirəsi dərin ehtiramla yad edilib.

Sonra Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edən Komitə sədri vətəndaşların torpaq münasibətləri, tikintiyə icazələrin verilməsi və digər şəhərsalma məsələləri ilə bağlı müraciətlərini dinləyib, həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı göstərişlər verib.

A. Quliyev həmçinin Quba Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla məhsuldar görüş keçirib. Tərəflər Baş Plana uyğun olaraq şəhərin davamlı inkişafına yönəlmiş layihələrin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Prime Leasing